adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
12 Oktyabr 2019 10:57
22992
DÜNYA
A- A+

İRANIN NEFT TANKERİNDƏ PARTLAYIŞ

İrana məxsus neft daşıyan tankeri Qırmızı dənizdə qəzaya uğrayaraq partlayıb. Bu barədə xəbər verən «Reuters»in məlumatına görə, hadisə cümə günü Səudiyyə Ərəbistanının liman şəhəri olan Ciddə yaxınlığında baş verib. Partlayış nəticəsində gəmidə güclü yanğın olub.

İlkin məlumatlara görə, tankerdə neft sızması baş verdiyi ehtimal olunsa da, İran agentliyi ISNA xəbər verir ki, partlayışın səbəbi hələlik məlum deyil - çox güman ki, o, terror hücumuna məruz qalıb.

Lakin İran dövlət tanker şirkətinin verdiyi məlumata görə, tankerdə 20 dəqiqə fərqiylə iki partlayış olub. Buna görə partlayışların iki raket hücumu nəticəsində baş verməsi mümkündür. Partlayış nəticəsində iki neft çəni zədələnib və nəticədə neft Qırmızı dənizə axıb.

Verilən məlumata görə, Milli İran Neft Şirkətinə məxsus Sinopa tankerinin heyətində xəsarət alan olmayıb. Onlar vəziyyətə nəzarət edirlər.