adalet.az header logo
  • Bakı 7°C
12 Oktyabr 2019 11:02
36559
DÜNYA
A- A+

Rus lotuları ABŞ-la yaxşıca məzələnib

Türkiyə mətbuatının verdiyi xəbərə görə ABŞ-ın Cənubi Karolina senatoru Lindsey Qrahama Türkiyənin Müdafiə Naziri Hülusi Akarın adı ilə zəng edib zarafatlaşıblar.

Adalet.az xəbər verir ki, rus telefon "lotularının” etdiyi bu zarafatın 13 və 16 dəqiqəlik səsyazmaları da yayılıb. S-400, F-35 və YPG/PKK məsələlərinin müzakirə olunduğu səsyazmalarda Qraham iki ölkə arasındakı sərbəst ticarət planlarından da danışır.

Türkiyənin YPG/PKK-ya qarşı Suriyanın şimal-şərqində yeni başlatdığı "Barış Pınarı Hərəkatı”na ən sərt reaksiyaları verən və Türkiyə əleyhinə sanksiyaların başladılması üçün qanun layihəsi təqdim edən Qrahamın yayılan bu səsyazılarının avqust ayına aid olduğu deyilir.

"Amerikan Politico” dərgisinin paylaştığı səsyazmaya görə, rusiyalı telefon zarafatçıları Alexey Stolyarov və Vladimir Kuznetsov Qrahamın ofisinə Türkiyənin müdafiə naziri Hülusi Akarın adından istifadə edərək zəng ediblər.

Yalandan bir gün əvvəl ABŞ-ın müdafiə naziri Esper ilə görüşdüyünü deyən telefon "lotuları” iki ölkə arasında ümumi bir nöqtə tapmağın mütləq olduğunu vurğulayıblar.

Qraham isə Trampın Türkiyəyə qarşı sanksiyalar tətbiq etmək istəmədiyini, əksinə, Ankara ilə sərbəst ticarət müqaviləsi bağlamaq istədiyini bildirib.

O, Trampdan Recep Tayyip Ərdoğana zəng edib sərbəst ticarət üçün təklif etməsi tapşırığını aldığını da bildirib. Senator həmçinin Türkiyənin İŞİD ilə mübarizəsinə yardım etdiyini və Türkiyə ilə müttəfiq olmaqdan məmnun olduğunu bildirib.

Qraham R.T.Ərdoğana Tramp ilə telefon danışığı təşkil edə biləcəyini də çatdırmağını istəyib:

"Sizin YPG probleminiz gerçək bir problemdir. Obamanın YPG kürdlərinə güvənərək böyük bir səhv etdiyini prezident Trampa izah etdim. Narahat olduğum hər şeyin ortaya çıxmasından qorxuram. YPG problemində sizi çox yaxşı başa düşürəm. Həmçinin prezident də”.