adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Həyatın məğzi evlənib uşaq əkməkdən ibarət deyil - Eminquey yazır

22056 | 2019-10-11 13:06
Atam düüz 36 yaşında evlənib. İşləyirmiş, gəzirmiş Rusiyada. Kəndə beş-on günlük qalmağa qayıdanda evdən deyiblər ki, ta bəsdi, gəlmişkən evləndirək səni. O vaxt ki evi var idi, maşını var idi, pulu var idi, evləndi. Sonra mən doğuldum. Bircə dəfə də olsun heç kimə ağzını açıb demədi ki, ailəmi dolandıra bilmirəm. Əziyyət çəkdi, özünə iş qurdu. Məni oxutdu, böyütdü. Müəyyən dövrlər çətinliklər də oldu təbii ki. Amma heç vaxt əyilmədi, sınmadı. O, düşünüb, daşınıb, öz qardaşlarının yetim qalan uşaqlarını gözünün önünə gətirib, vəziyyəti başa düşüb, məndən sonra heç kim doğulmayıb. Düzdür, bunu bir dəfə yazmışam ki, atamı buna görə bağışlamayacam, məni qardaşsız, bacısız qoydu, amma həm də haqq verirəm. Ona görə ki, gücü nəyə qadirdir, onu başa düşüb. Deməm bu ki, camaat, həyatın məğzi evlənib uşaq əkməkdən ibarət deyil. Kor-təbii evliliklər ucbatından baş verir qadın qətlləri, boşanmalar. 

Piketə baxıram, etiraz edənlərdən biri danışır, çox açıq görünür ki, 30 yaşı olar, ya olmaz, deyir, 4 uşağım var, 250 manat maaş alıram. Ay qardaş, başa düşürəm, bahalıq-filan, təpədən dırnağa haqlısan, amma niyə 4 uşağı əkib-töküb bədbəxt edirsən? Nə məcburdu? Hə? Maaşına uyğun hərəkət elə də. Pay atonnan! Sən ümumiyyətlə o maaşla evlənə bilmisən, otur şükür elə. 4 uşaq e. Bir aya 10 min ailənin boşanmağı azdır? Statistika, camaat, statistika! Özünüzü bədbəxt eləməyin. Hazır olmadan addım atmayın. Ki, bu gün biz də sizin əvəzinizə "qadına şiddətə son", "filankəs üçün susma" tipli etiraza başlamayaq.

TƏQVİM / ARXİV