adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
11 Oktyabr 2019 12:18
10917
HADİSƏ
A- A+

Keşlədə qatarın vurduğu qadın dünyasını dəyişib

Bakıda bir neçə gün öncə qatarın vurduğu piyada dünyasını dəyişib.

Adalet.az-ın məlumatına görə, 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılan qadın ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib. Ancaq xəsarətləri ağır olduğundan o, hadisədən bir neçə gün sonra dünyasını dəyişib.

Qeyd edək ki, oktyabr ayının 2-də Bakı-Sumqayıt elektrik qatarı Keşlə stansiyasında (2653-cü km-də) hərəkətdə olarkən, 1986-cı il Tacirə Vidadi qızı Rəhimovanı müəyyən olmayan yerdən dəmir yolu xəttini keçmək istəyərkən vurub.