adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
11 Oktyabr 2019 11:52
9712
GÜNDƏM
A- A+

Bakıda Əfqanıstan məhsullarının sərgisi açılıb

Bu gün Bakı Biznes Mərkəzində Azərbaycanın İqtisadiyyat, Əfqanıstanın Sənaye və Ticarət nazirliklərinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun və Əfqanıstan Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə Əfqanıstan məhsullarının sərgisi təşkil olunub.

İqtisadiyyat Nazirliyindən Adalet.az-a verilən məlumata görə, sərgidə qida, tekstil, tikinti materialları istehsalı, inşaat və və s. sahələrdə fəaliyyət göstərən 40-dan çox Əfqanıstan şirkəti öz məhsullarını təqdim edilir.

Sərgi oktyabrın 11-14-də keçiriləcək.