adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
10 Oktyabr 2019 14:31
54076
MƏDƏNİYYƏT
A- A+

Məşhur "Zoopark əhvalatı" əsəri səhnəyə qoyulur

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti, rejissor Azər Paşa Nemətovun İttifaqın nəzdində yaratdığı Rejissor laboratoriyası öz fəaliyyətini davam etdirir.

Hal-hazırda laboratoriyada qurulan tamaşalardan biri olan "Zoopark əhvalatı” səhnə əsərinin premyerası olacaq. Tamaşanın quruluşçu rejissoru, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru İmran Ali Qurban açıqlamasında bildirib ki, məşhur amerikalı yazıçı Edvard Olbinin "Zoopark əhvalatı” pyesi eyni ad altında tamaşaya qoyulacaq. "Zoopark Əhvalatı" əsəri dövründən və məkanından asılı olmayaraq, daim aktual və tamaşaçıların ixtiyarına verilə biləcək bir əsərdir. Tamaşada olan personajlardan "Jerry" obrazını aktyor Ramil Zeynalov, "Piter" obrazını isə aktyor Elçin Hacı canlandıracaq.

Səhnə əsəri 18 oktyabr saat 14:00 tarixində Azərbaycan Teatr Xadimləri İttifaqında oynanılacaq.

Qeyd edək ki, Rejissor laboratoriyasının bədii rəhbəri Azərbaycan və Kalmıkiya Respublikalarının əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanovdur.