“İlham Əliyevlə “Keşikçidağ” məsələsini müzakirə etdik” - Giorgi Qaxariya
Sabahdan etibarən "Keşikçidağ" kompleksinin kilsələri gürcü din xadimləri üçün açılacaq.
Bu barədə Gürcüstanın Baş Naziri Giorgi Qaxariya hökumətin iclasında Azərbaycana səfərinin yekunları barədə danışarkən deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə "Keşikçidağ" məsələsi də müzakirə olunub.
"Təəssüf ki, Gürcüstanla Azərbaycan arasındakı sərhəddə müəyyən edilməmiş bəzi hissələr qalıb, bu, bizə postsovet mirasıdır və 25 ildə həllini tapmayıb. Azərbaycan Prezidenti dedi ki, bizi birləşdirən tariximiz, coğrafiyamız var, əlbəttə, mən tamamilə razıyam ki, coğrafiya və tarix dost və tərəfdaşları ayırmır, əksinə birləşdirir.
Məhz bu əsasda və təməl üzərində cari problemlər barədə tamamilə açıq söhbətimiz oldu və nəticədə "Keşikçidağ" kompleksinin kilsələri sabahdan etibarən gürcü din adamları üçün açılacaq. Biz bu istiqamətdə ciddi tərəqqi əldə etməliyik”, - deyə baş nazir bildirib.
Xatırladaq ki,Gürcüstanın yeni baş naziri Giorgi Qaxariya dünən ilk xarici səfərini Azərbaycana edib.(azvision.az)
Digər Xəbərlər
23 Aprel 2024 20:33
Bakı və İrəvan vasitəçi olmadan danışırlar - Şarp
23 Aprel 2024 19:46Regiondakı hazırkı vəziyyəti çox müsbət qiymətləndirirəm - Metyu Brayza
23 Aprel 2024 19:29"Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar" - Prezident
23 Aprel 2024 18:43İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqladı
23 Aprel 2024 18:23