adalet.az header logo
  • Bakı 17°C
10 Oktyabr 2019 11:38
11217
MƏMLƏKƏT
A- A+

“24 min köçkün ağır şəraitdə yaşayır” - Rövşən Rzayev

Hazırda 24 minə yaxın məcburi köçkün ağır şəraitdə yaşayır.

Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirdiyi mətbuat konfransında deyib.

Komitə sədrinin sözlərinə görə, həmin məcburi köçkünlər yataqxana, bağça, məktəb və sanatoriyalarda qalırlar.

"Bakı şəhərində məcburi köçkünlər üçün yeni qəsəbələrin salınması məqsədilə torpaqların alınması barədə müraciətlər edilib. Torpaqların bəzilərini əldə etmişik. Gələn il yeni qəsəbələrin tikilməsi üçün dövlət tərəfindən torpaqlar ayrılıb. Problem ondadır ki, bu yerin mövcudluğu olmalıdır".