adalet.az header logo
  • Bakı 11°C
09 Oktyabr 2019 16:15
23889
DÜNYA
A- A+

Ərdoğan Putinlə Suriya əməliyyatını müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

Adalet.az xəbər verir ki, liderlərin telefon söhbətinin gündəmini Türkiyə ordusunun Suriyada planlaşdırdığı hərbi əməliyyat təşkil edib.

Ərdoğan söhbət zamanı sözügedən əməliyyatın Suriyada sülh və əmin-amanlığın bərpasına yardım edəcəyini bildirib.

Suriya xalqının haqq və mənfəətlərinin Türkiyə üçün vacib olduğunu vurğulayan Ərdoğan Rusiyanın proseslə bağlı nümayiş etdirdiyi mövqeni təqdirəlayiq adlandırıb.