adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
09 Oktyabr 2019 16:04
26688
DÜNYA
A- A+

Qarabağ separatçısı Paşinyanı ölümlə hədələdi

Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış qondarma rejimin "Milli Təhlükəsizlik Şurasının” keçmiş katibi Vitali Balasanyan Ermənistanın Baş naziri Nikol Paşinyanı və Sasna Çrer terrorçularını fiziki məhv etməklə hədələyib.

Adalet.az Oxu.az-a  istinadən xəbər verir ki, V.Balasanyan Paşinyanı hakimiyyətə Qərbdəki "məşhur mərkəzlər”in gətidiyini bildirib.

"Elə onlar da Paşinyanı idarə edir və nə etməli olduğu barədə göstərişlər verirlər”, - deyə V.Balasanyan qeyd edib

Balasanyan 2016-cı ildə İrəvanda post-patrul polisi alayının binasının Sasna Çrer terrorçuları tərəfindən ələ keçirilməsini xatırladıb. Onun sözlərinə görə, Paşinyan binanın ələ keçirilməsindən sonra başlayan etirazları idarə etməyə cəhd göstərib.

O, Paşinyanın bu yaxınlarda Sasna Çrer partiyasının liderləri Qaregin Çuqaszyanla və Jirayr Səfilyanla baş nazirin iqamətgahında görüşdüyünü bildirib. Söyləyib ki, bu görüş başqa cür düşünənlərə qarşı təzyiq cəhdidir.

"Nikol Paşinyan hamını, o cümlədən, məni qorxutmağa çalışır. O, özünün döyüşkən qanadının olduğunu mesaj verir. Demək istəyir ki, bir barmağının işarəsi ilə bizimlə fiziki haqq-hesab çəkərlər”, - deyə V.Balasanyan əlavə edib.

Qarabağ separatçısı Paşinyana və Sasna Çrerə xəbərdarlıq edib ki, belə söhbətlərə girişməsinlər, əks təqdirdə onlara cavab veriləcək:

"Paşinyan və onun tərəfdarları qorxaqdırlar. Biz 2016-cı ildə o terrorçuları bağışladıq, öldürmədik. Ancaq indi bəyan edirəm ki, mənə, xalqımıza, dövlətimizə qarşı təxribat həyata keçirməyə cəhd göstərsələr, hamısını fiziki olaraq məhv edəcəyik”.