Əbülfət MƏDƏTOĞLU: GÖRÜŞÜNƏ TƏLƏSDİKLƏRİM...

ƏBÜLFƏT MƏDƏTOĞLU
52640 | 2019-10-10 10:12

Əvvəli burada

Səhərçayını İsayla birlikdə bir-birimizdən hal-əhval tuta-tuta içib necə deyərlər,günün xoş ovqatını yaratdıq. Və bu aradaca İsadan atasını soruşdum. Yeri gəlmişkən,xatırladım ki, İsanın çox gümrah, həm də civə kimi qaynayan bir atası var. Yaşıkifayət qədər olan bu insan həm də çoxsöhbətcildir. Elə İsanın oturduğu yerin yaxınlığında kiçik, uyğun bir çayxanasıvar. Hər dəfə məni görəndə özünün zabitlərə məxsus səsiylə ucadan deyir:

- Hocam,xoş gəldin! Sənə türk qəhvəsi hazırladım, gəl birlikdə içək.

Yorulmaqbilməyən bir insan az qala böyük Atatürkdən üzü bəri, hətta Sultan Süleymandanda danışmağı xoşlayır. Özünün dediyinə görə, orduda topçu olub, yunanlarlasavaşda iştirak edib. Belə qıvraq qalmasının səbəbini soruşanda bildirir ki, mənheç vaxt özümü kökəlməyə qoymamışam, top mərmilərini özüm təkbaşına götürmüşəm.İndidə heç nədən yorulmuram, usanmıram. Kimhardan məni səsləsə oturduğu yerə qədər gedib onun çayını, qəhvəsiniaparıram. Bir də ki, mən heç kimin hesabını özümə yük etmirəm. Hər kəs özhesabını qoy özü çəksin.

Mən Albayraqkimi tanıdığım bu insanın söylədikləri ilə əməlinin necə üst-üstə düşdüyünü izləmişəm.Hətta oğlunun nə qazanıb, nə xərclədiyini üstüörtülü, dolayısı ilə soruşandada deyib ki, "babam, hər kəs öz işindənözü sorumlu, buna qarışmaq doğru olmaz”.



Bəli,hamı kimi mənim də Hacıbaba dediyim və dəmlədiyi çayı, kofeni ləzzətlə içdiyimbu insanla etdiyim söhbətlərdə mən türk insanının, türk əsgərinin daxili aləminəbir az da çox bələd oluram. Ona görə də Trabzona hər səfərimdə gözüm hamı kimionu da axtarır...

... İsailə sağollaşıb otelə tələsirəm. Bilirəm ki, 20 dəqiqədən sonra Əhmədin telefonuişə düşəcək. Odur ki, otelin qarşısında onu gözləmək daha yaxşı olar. Bəli, əvvəlcədənşərtləşdiyimiz kimi, Əhməd vaxtında gəlir. Və biz birlikdə camiyə dönürük.Burada səhər namazından sonra səliqə-səhman yaradan və hər gəlişimdə də uşaq təbəssümüilə məni qarşılayan Ərdalı görürəm. Dərhal əlindəki işi yarımçıq buraxıb mənə tərəfgəlir:



- Hocam,xoş gəldin. Necəsiniz? Sağlamlığınız, ailəniz, cocuqlarınız necədi?

Təbiiki, qucaqlaşırıq, daha doğrusu, türk adətiylə alınlarımız görüşür. Və mənə eləgəlir ki, mənim kimi o da bu görüşdən məmnundur. Əhməd bizim görüş mərasimimizbitən kimi üzünü Ərdala tutub söyləyir:

- Cəldol, hocam yol gəlib, səhər yeməyi də yeməyib. Gör bizə nə verirsən?

Ərdal"baş üstə” – deyib mətbəxə qaçır. Bir azdan əlində səhər yeməyi üçün pendir,şirin şeylər və bir də türk halvası gətirir. Təbii ki, çaylar da yanında. Bizyeməyə başlayırıq. Və bu ərəfədə artıq camiyə xeyli adam toplaşır. Qocatəpəcamisi özünün həm mənzərəsi, həm görünüşü, həm əzəməti ilə həqiqətən adamı özünəçəkir. Mənim Trabzonda gördüyüm ən böyük camilərdən olan Qocatəpədə insanlarınibadəti üçün bütün şəraitlər yaradılıb. Burada dünyasını dəyişənləri yolasalmaq üçün də morqdan, yuyat yerindən belə hər şey nəzərdə tutulub. Üstəlik,burada çayxana-kafe də fəaliyyət göstərir ki, bu da gün ərzində məscidə ibadətəgələnlərin xidmətində dayanan ata-oğul Ərdalın və atası Kamalın sayəsində hər kəsinkönlünü oxşayır. Adama elə gəlir ki, bu ata-oğul ibadətçilərə xidmət etmək üçündoğulublar.



Səhəryeməyindən sonra Əhmədin iş yerinə gəlirik. Artıq o da, mən də adət etmişəm,Trabzona çatan kimi, Əhmədin notbuku olur mənim. Nə qədər ki, oradayam, buinsan ən zəruri hallarda bir neçə dəqiqəlik öz şəxsi əşyasından istifadə edəbilir. Onu necə özəlləşdirirəmsə, özü də məmnun qalır. Və hər dəfə də deyir ki, çəkinib etmə bunotbuk işlətmək üçündü. Axşamlar da onu Əhmədin təkidi iklə oteldəki odama gətirirəm.Ona görə də həm dostlarla, həm xüsusi olaraq "Ədalət”in cəfakeşi olandizaynerimiz Şamxalla canlı bağlantılarım birbaşa olur. Şamxal özünü Trabzondahiss edir, mən də Bakıda!! Düşünürəm ki, bu bizim işə verdiyimiz qiymət,redaksiyamıza olan münasibətimizin göstəricisidir. Başqa kimsə hansı qiyməti,hansı münasibəti ifadə etmək fikrindədisə, onu özü bilsin. Amma bizim ürəyimiz,Allahımız birdi.



Bax, eləbilgisayar qarşısında oturan kimi də:


Görmədiyimyuxunu

Özümdənuydururam

Sənsizlikaclığımı -

Bununladoydururam...


Əlim əlinədəyib

Tellərində üzümə...

Yanağındanöpürəm –

İşıq gəlirgözümə.


Buyuxunu dinləsən

İnanmazsanbəlkə də...

İnamsızlıqönündə -

Yuxumqalır kölgədə...

***

Nahara qədərinternetlə başımı qatdım. Əsas məqsədim də o idi ki, Əhməd başımın qarışıqolduğunu, yəni başqa bir narahatçılığın olmadığını bilib rahatlansın. Və mən dəbu fürsətdən istifadə edim. Təbii ki, istəyimə nail ola oldim. Əhməd öz işlərininardınca gedən kimi, onun məndə qoyub getdiyi açarla qapını bağlayıb Muxtarlığıtərk edirəm. Açarı da üzbəüzdə çalışan İsaya tapşırıram. Çünki əvvəldən şərtimizbelə olmuşdu. Sonra da üz tuturam Qara dənizin sahilinə. Gəzə-gəzə gəlib havalimanına çatıram. Təbii ki, qadağanolunmuş zolağın yaxınlığından geri dönüb lap sahilə enirəm. Burda qarmaqlabalıq tutanlar çox rahat bir şəkildə qayaların üstündə oturublar. Sanki qutükündən döşək üstündə əyləşiblər. Nə günəşin şüaları, nə də hələlikdə sudanboş qayıdan qarmaqlar onları narahat etmir. Mən də bu cavan oğlanın yanında əyləşirəm.Salam verib "ovun uğurlu olsun!” deyirəm. O da "xoş gəldin, abi!” deyib öz işiilə məşğul olur. Bir neçə dəqiqədən sonra əlindəki qarmaq möhkəm silkələnir. Bəlkədə inanmayacaqsınız, bəlkə də 20-30 santimetr uzunluğunda bir ilanbalığıqarmaqdan qurtulmaq istəyir. Cavan oğlan balığı tez qarmaqdan çıxarıb ağzıbağlıqabın içərisinə atır. Və öncə baxışı ilə sonra da sözlə deyir:

- Abi, gəlişinxeyirli oldu.



Doğrusu,mən də bu ovdan məmnun qalıram. Çünki burada olduğum müddətdə əgər o balıqçı nəisə tuta bilməsəydi, mən də "ayağı ağır” kimi günahkar çıxacaqdım. Ona görə dəbu uğurda özümü də öz içimdə xüsusi olaraq qiymətləndirdim. Necə deyərlər, biraz fəxr etdim. Demək hələ Tanrının mənə lütfi bitib-tükənməyib. Yaşamağa,sevinməyə dəyər. Və üstəlik də belə məqamda mütləq qələmlə, dəftərlə baş-başaqalmaq daxili zərurətə çevrilir. Və mən də həmin o içimdəm gələn səsi, necə deyərlər,könlümün pıçıltısını bu Qara dənizdən balıq tutan oğlanın yanında misralamağa,şeirləşdirməyə çalışdım. Yazdım ki:



Şəkillərlədanışmaq

Gündəlikpeşəm olub...

Şəkilligünlərimsə -

Saralıb-xəşəmolub...


Dörddivar, bir pəncərə

Təklikdözüm daşıdı...

Çəkilmişəmsəngərə -

Axanruhun yaşıdı...


Gör neçəmininci an

Baxır mənəşəkildən...

Xatirədinləyirəm –

Bu hər şəkil-vəkildən!


Təsəlliyə, ümidə

Yermi qalıb kiridə...

Yəqin ki, mənim kimi –

Hardasa var biri də!..


(Ardı var)










TƏQVİM / ARXİV