adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
09 Oktyabr 2019 10:43
22228
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: FİKİR BÖLÜŞMƏK

Yanaqlarımda quruyan
Sıxılmış kiprik suyudu!..
Arxamca baxıb , ulayan -
Dərd özü də kor quyudu!..

Yolun harası yarıdı
Sağım, solum ki, barıdı?!
Fikrim dağılmış darıdı -
Hər dən . bir yanda uyudu...

İçimdə təpər - xəşəmdi...
Dərd , qəmə çəpər - peşəmdi!..
Həsrət bu səfər - beşəmdi -
Görəsən kimin toyudu?!

Əbülfət olmaq - zülümdü !
Hər gün sovrulan külümdü...
Sən də elə vur külüngü -
Qoy desin sinəm oyuldu!..