adalet.az header logo
  • Bakı 13°C
08 Oktyabr 2019 16:50
14539
MƏMLƏKƏT
A- A+

Qubanın Xanəgah kəndinin sakinləri Prezident İlham Əliyevə təşəkkür edib

Quba rayonunun Xanəgah kəndinin sakinləri Prezident İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir: "Möhtərəm cənab Prezident. Azərbaycanın hər yerində olduğu kimi, bizim Quba rayonunun Xanəgah kəndi də Sizin böyük qayğınız sayəsində öz görkəmini gündən-günə dəyişir, abadlaşır. Sizin bir neçə sərəncamınızla Xanəgah kəndinə, o cümlədən ətrafdakı Rustov, Növdün, Şuduq, Bağçalı və başqa kəndlərə onların tarixində ilk dəfə olaraq asfalt yollar çəkilib, dağ çaylarının üzərində gözəl körpülər salınıb.

Hörmətli cənab Prezident, çox sağ olun ki, Sizin tapşırığınızla rəhbər işçilər indi əhali ilə, sadə insanlarla daha yaxından əlaqə saxlayır, onlarla görüşüb problemlərini öyrənir və məsələləri yerində həll etməyə çalışırlar. Bu qəbullar Sizin xalqımıza və vətəndaşlarımıza böyük qayğınızın nəticəsidir. Neçə vaxt idi ki, Xanəgah kəndinin ortasından keçən çayın üzərində körpünün olmaması bizi çox narahat edirdi. Bu ilin iyul ayında kənd sakinlərinin xahişi nəzərə alınaraq Sizin tapşırığınızla çox qısa bir vaxtda Çağacıq çayı üzərində Xanəgah kəndinin hər iki tərəfini birləşdirən gözəl bir körpü tikilərək istifadəyə verildi. Kənd qəbiristanlığına gedən yol tam asfaltlandı və səliqəyə salındı.

Sizin dediyiniz kimi, doğrudan da yol olan yerdə inkişaf da var. Kəndimizə də yol çəkildikdən sonra yeni xidmət obyektləri və istirahət yerləri salınır, hər sahədə canlanma hiss olunur. Bu, bizi çox sevindirir.

Möhtərəm cənab Prezident, çox sağ olun ki, Siz hər zaman xalqın yanındasınız və bizim bütün məsələlərə belə diqqətlə yanaşırsınız. Bütün bunlara görə biz - Xanəgah kəndinin sakinləri Sizə dərin minnətdarlığımızı bildirir, hər bir addımınızı ürəkdən dəstəkləyir, doğma Vətənimizin daha gözəl gələcəyi naminə fəaliyyətinizdə Sizə uğurlar arzuqlayırıq. Ümid edirik ki, nə vaxtsa yolunuz bizim kəndlərə də düşəcək və biz bundan çox xoşbəxt olacağıq.

Xanəgah kəndinin sakinləri adından dərin hörmətlə,

Absəlimov Saleh

Qurbanov Gəray

Əsədullayev Nəzər

Kazımov Aydın

Cəbrayılov Talıb

Baxışov Cəmil

Orucəliyev Məzahir

Həsənov Mövsüm

Abdulrəhimov İlham

Qurbanov Əzizağa

Pirməmmədov Qadir və başqaları (cəmi 64 nəfər)".