adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
08 Oktyabr 2019 15:20
23658
DÜNYA
A- A+

BU YAPONLAR DA UŞAQLARININ TƏRBİYƏSİ İLƏ MƏŞĞUL OLMURLAR

Deməli, belədi. Yaponiyada uşaq nə qələt edir-etsin valideyn ona irad bildirmir, hətta əksinə. Məsələn, bir uşaq vurub televizoru qırıbsa atası deyir ki, sən bu televizoru nə gözəl qırdın? Səndən başqa bunu heç kim belə qıra bilməzdi və sair və ilaxır. Soruşanda ki niyə uşağa tərbiyə vermirsiz, cavab verirlər:

- Uşaq azad böyüməlidi. Qaldı tərbiyə məsələsinə, bu işlə məktəb məşğul olur. Nə etmək olar, nəyi yox, ya necə etmək olar, bunu məktəbdə müəllimlər başa salacaq.

Kəsəsi, toçnu bizdəki kimidi.

Dünən maraqlı bir şey oxudum. Deməli, Yaponiyada uşaqlar 10 yaşına qədər məktəbdə heç bir imtahan vermirlər. Çünki o yaşa qədər uşaqlar ən əsas dövrlərini və uşaqlıqlarını yaşayırlar. 10 yaşına qədər uşaqlara dərslərdə əsasən yaxşı bir insan olmaq, Vətəninə, millətinə bağlılığın əhəmiyyəti öyrədilir. Onlara sağlam bir şəxsiyyət olması üçün dərslər keçirilir.

Toçnu bizdəki kimi.