adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
08 Oktyabr 2019 13:14
18170
MƏMLƏKƏT
A- A+

“Bir kişi çıxmadı ki, ona yumruq vursun” - Millət vəkili

"Son dövrlər ailə zorakılığı artıb. İki gün əvvəl "Avtovağzal” metrostansiyası yaxınlığında ər uşaqlarının gözü qabağında arvadını bıçaqlayıb. Kişilər bunu telefonla çəkiblər, hadisə uşaqların gözü qarşısında baş verib. Bir kişi çıxmayıb ki, ona yumruq vursun, qadını onun əlindən alsın”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Aytən Mustafayeva bildirib.

O deyib ki, başqa bir hadisə zamanı digər şəxs metroda bir nəfəri bıçaqlayıb: "Heç olmasa, metroda insanların üzərində bıçaq olub-olmadığını polislər yoxlasınlar. Qanunvericilik təkmilləşdirilməli, sərtləşdirilməlidir. Bununla bağlı Milli Məclisin komitələrində müzakirə aparılmasına ehtiyac var. Bir müddət əvvəl balta ilə qətlə yetirilən qadınla bağlı hadisəyə münasibət bildirmişdim. Ancaq bir müğənni sonradan çıxıb demişdi ki, yəqin, qadının nəsə günahı olub. Bu, necə müğənnidir?!”(azvision.az)