adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
08 Oktyabr 2019 11:44
10214
HADİSƏ
A- A+

FHN köməksiz qalan 5 nəfəri xilas edib

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı və Yasamal rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub.

Adalet.az FHN-ə istinadən xəbər verir ki, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən biri azyaşlı olmaqla 2 nəfərin liftdən çıxarılması təmin edilib.

Digər məlumata əsasən, Sumqayıt şəhərində 3 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasediciləri azyaşlıları xilas edib və aidiyyəti üzrə təhvil veriblər.