adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
08 Oktyabr 2019 11:22
22503
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: SƏNƏ KEÇMİŞDƏN MƏKTUB

Bəlkə
mənim ola bilmədin
bəlkə də istəmədin
bəlkə də...
yox!..

Sənin ola bilmədim
bəlkə də çox istədim
bəlkədən çox!

Mənim ola bilməyən
Sənin ola bilənin
"bəlkə"-dən aslı qalıb
bəlkə də...

Bəlkə də bu səbəbdən
Tərəddüdlər edirsən...
Ölüm səndən aldığın -
ziyarətə gedirsən,
bəlkə də, yox...