adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
08 Oktyabr 2019 10:05
11189
HADİSƏ
A- A+

Füzulidə doğuş zamanı uşaq öldü, prokurorluq cinayət işi başladı

Füzuli rayonunda doğuş zamanı uşaq ölüb.

Adalet.az-ın məlumatına görə, hadisə Füzuli Rayon Mərkəzi Xəstəxanasında baş verib.

Beyləqan rayonu, Mil qəsəbəsində yaşayan, 2000-ci il təvəllüdlü Qasımova Gözəl Kərim qızı xəstəxananın doğum şöbəsinə qəbul olunub. Doğuş zamanı G.Qasımovanın uşağı ölüb.

Faktla bağlı Füzuli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma) maddəsilə cinayət işi başlanıb.