adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
07 Oktyabr 2019 17:22
23218
DÜNYA
A- A+

Tramp: ABŞ-ın sonu görünməyən müharibələrdən çıxmaq vaxtıdır

ABŞ-ın sonu görünməyən müharibələrdən çıxmasının və hərbçiləri evə qaytarmasının vaxtıdır.

Bunu ABŞ Prezidenti Donald Tramp Suriyadakı vəziyyəti şərh edərkən deyib.

O bildirib ki, ABŞ qoşunları Suriyada 30 gün qalmalı və daha sonra ölkədən çıxmalı idilər:

"Amma biz orada qaldıq və heç bir məqsədi olmayan müharibəyə getdikcə daha çox sürükləndik. İndi bu sonu görünməyən mənasız müharibələrdən çıxmaq və əsgərlərimizi evə qaytarmaq vaxtıdır”.

D.Tramp əlavə edib ki, Suriya, Türkiyə, İran, İraq, Rusiya, Avropa və kürdlər bu vəziyyətin öhdəsindən gəlməlidir.