adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
07 Oktyabr 2019 17:16
48074
İDMAN
A- A+

Rövşən Veysəlov İdman Klubunun möhtəşəm uğuru

Bakıda Kontakt Ciu-Citsu və Braziliya Ciu-Citsu (NE WAZA) Gİ və NoGi idman növləri üzrə Bakı Kuboku keçirilib.

Oktyabrın 4-6-da keçirilən kubok üzrə Rövşən Veysəlov adına İdman Klubunun yetirmələrindən ibarət komanda kubokun 9 medalını qazanaraq qalib gəlib.

Klub yetirmələri yarışda 2 qızıl, 4 gümüş və 3 bürünc medal qazanıb.

Klub üzvləri Vüsal Sultanov və İbrahim Sadıqov yarışda bütün rəqiblərini yenərək komandaya 2 qızıl medal qazanıb və kubokun qalibi olub.

Kubok uğrunda yarışa atılan komandanın digər yetirmələri-Hüseyn Məhərrəmov, Kamil Sadıqov, Hacı Mikayılov və Əli Babazadə gümüş medalla kubok ikincisi, Abdulrahman Abdullayev, Əli Cəfərov və Şamil Saatov isə bürünc medalla 3-cü yerə yüksəliblər.