Bakının mərkəzində mütəşəkkil dəstə adam oğurladı
Bakıda naməlum şəxslər küçədə paytaxt sakinini oğurlayıb.
Hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib. Metronun "28 may" stansiyasının qarşısında 4 nəfərdən ibarət mütəşəkkil dəstə qabaqcadan əlbir olaraq Bakı şəhər sakini Baxşıyev Təbrik Ədalət oğlunu oğurlayaraq avtomobilə mindirib Abşeron rayonunun Xırdalan qəsəbəsinə aparıb.
Naməlum şəxslər yolda T. Baxşıyevə zorakılıq edərək işgəncə verib, üzərində olan 550 manatını alıblar. Dəstə üzvləri daha sonra onu naməlum istiqamətə aparıb orada avtomobildən düşürüblər.
Zərərçəkmişin müraciəti əsasında Abşeron rayon Polis İdarəsində cinayət işi başlanıb.(trend)
Digər Xəbərlər
19 Aprel 2024 11:02
Bakıda marketlərdən 3 minlik tütün məmulatı oğurlandı
19 Aprel 2024 10:10Sumqayıtda ər-arvad qətlə yetirildi: 24 yaşlı oğulları... - YENİLƏNİB
19 Aprel 2024 09:36Xankəndidə silah-sursat aşkarlandı
19 Aprel 2024 09:25Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanıldı
18 Aprel 2024 18:19