adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
07 Oktyabr 2019 15:38
8238
HADİSƏ
A- A+

25 min manatlıq qızıl-zinət oğurlayan keçmiş məhkum saxlanılıb

25 min manatlıq qızıl-zinət oğurlayan keçmiş məhkum saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Adalet.az-a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin avqust-sentyabr ayları ərzində rayon ərazisində 4 evdən ümumi dəyəri 25.000 manata yaxın olan qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Şahin Efəndiyev saxlanılıb.

O, törətdiyi cinayət əməllərini etiraf edib. Mənzillərdən oğurladığı qızıl-zinət əşyalarını Bakı şəhərində və Quba rayonu ərazisində dəyərindən ucuz qiymətə satan Ş.Efəndiyev əldə etdiyi pulları xərclədiyini bildirib.

Faktlarla bağlı Qusar RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb. Araşdırma aparılır.