adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
07 Oktyabr 2019 15:33
7229
HADİSƏ
A- A+

Özbəkistan Prezidenti Azərbaycana səfər edəcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev oktyabr ayında Azərbaycana səfər edəcək.

Adalet.az-ın məlumatına görə, bunu Özbəkistan parlalamentinin yuxarı palatasının sədr müavini Sadık Safayev deyib.

Prezident Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammitində iştirak edəcək. Bu, Ş.Mirziyoyevin prezident qismində Azərbaycana ilk səfəri olacaq.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti oktyabrın 14-15-də keçiriləcək. Sammit çərçivəsində, həmçinin biznes-forum təşkil olunacaq.