adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
07 Oktyabr 2019 13:22
44727
SİYASƏT
A- A+

Altay Göyüşov İlqar Məmmədova lağ elədi

REAL partiyasının sədri İlqar Məmmədovun müğənni Üzeyir Mehdizadə ilə bağlı publik paylaşımı sosial şəbəkə istifadəçiləri ilə yanaşı öz partiyasının funksionerləri tərəfindən də mənfi qarşılanıb.

Qeyd edək ki, İ.Məmmədov Feysbukdakı səhifəsində həbs olunmadan öncə də Üzeyir Mehdizadənin istedadını qiymətləndirdiyini yazdığını bildirib: "Məni ələ salmayan qalmadı, baxmayaraq ki, "musiqisini bəyənirəm” demədim (fərqli zövq məsələsidir), sadəcə "böyük istedadını görürəm” dedim. Buyurun, Azərbaycan ifaçıları arasında ilk dəfə bir klipinə 100 milyon baxış, yarım milyonadək bəyənmə qazanmış musiqiçi. Təbrikə layiq uğurdur!”.

REAL-ın rəhbərlərindən olan Altay Göyüşov sosial şəbəkədəki səhifəsində sədrinin paylaşımına ironik cavab yazıb: "Təklif edirəm ki, gələn prezident seçkilərində İlqar kampaniyasını belə aparsın: Bir dənə "07” alır, qabaq təkərlərini qaldırır, "oçki”lərini çıxarır, oturur sükan arxasında. Pəncərələri açır, Üzeyir Mehdizadəyə "polni” xod verir, şəhərin küçələrində şütüyür. Yanında da realçılardan biri oturub çırtıq çalır. 100 milyonların səsi qaranti”.

A.Göyüşov məsələyə münasibətini ciddi səpkidə də bildirib: "Musiqinin missiyası həm də zövqləri nəfis etmək, yüksəltmək, mədəni, sivilizasiya səviyyəsini təkmilləşdirməkdir. Musiqinin maarifçi missiyası vardır. Üzeyir Hacıbəyov məhz bu missiyanı yerinə yetirdiyinə görə ən böyük azərbaycanlı adlandırılır. Mən "zövqlər fərqlidir” bəhanəsilə "zövqü” Üzeyir Mehdizadə olanın Azərbaycanda prezident olmasına faciə kimi baxaram.O ki qaldı yekə rəqəmlərə, cəmi siyasətçilərinizin videolarının baxış sayı Vidadi İsgəndərlinin söyüşlərinə baxış sayının tozuna da çatmır”.

Musavat.com