adalet.az header logo
  • Bakı 19°C
07 Oktyabr 2019 12:13
21151
SİYASƏT
A- A+

Türkiyə ilə ABŞ arasında buzlar əriyir

Türkiyə yaxın günlərdə Suriyanın şimalındakı YPG silahlılarına qarşı aparılacaq hərbi əməliyyatlara başlayacaq. Bu gün dünyanın aparıcı kütləvi informasiya vasitələrinin manşetində yer alan əsas xəbər məhz budur.

Adalet.az xarici KİV-lərə istinadən bildirir ki, ABŞ prezidenti D.Trampla Türkiyə prezidenti R.T. Ərdoğan arasında baş tutmuş telefon danışığında bu barədə razılıq əldə olunub. Xatırladaq ki, PKK-nın Suriya qolu olan YPG Türkiyənin ərazi bütövlüyü üçün böyük təhlükə törətsə də ABŞ-ın dəstəyi ucbatından rəsmi Ankara həmin terror qruplaşmasına qarşı sərt tədbirlər görə bilmirdi.

Dövlət başçılarının dünənki telefon danışığından sonra qərara alınıb ki, Fərat bölgəsində olan məhdud sayda ABŞ əsgərləri bölgədən çıxarılacaq və Türkiyə ordusu hərbi əməliyyatlara başlayacaq. Türkiyə rəsmilərinin bildirdiyinə görə əməliyyatın çərşənbə günü başlayacağı bildirilir.

Rəsmi Vaşinqton indiyə kimi YPG-ni İSİD-ə qarşı mübarizədə ən yaxın müttəfiqi kimi görərək onların Türkiyəyə yönəlik hərəkətlərinə nəinki öz yumur, hətta buna gizli dəstək verir, bu terror təşkilatından Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edirdi. Halbuki ABŞ lap əvvəldən İŞİD-lə mübarizədə daha çox öz strateji tərəfdaşı olan Türkiyəylə birgə hərəkət etməyə borclu idi.

Hələ bir neçə ay əvvələ kimi ABŞ-Türkiyə bu münasibətləri elə səviyyədə idi ki, D.Tramp Türkiyəni YPG-yə qarşı hərbi əməliyyatlar keçirəcəyi təqdirdə ən sərt sanksiyalarla təhdid edirdi. Ancaq bu son addım göstərir ki, iki NATO ölkəsi arasında uzun illərdir davam edən soyuqluq aradan qalxmaqda, buzlar əriməkdədir ki, bu da Türkiyə qədər elə ABŞ-ın da maraqlarına uyğundur.