adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
07 Oktyabr 2019 11:46
19336
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: QARA DƏNİZLƏ DAN ÜZÜ SÖHBƏTİ

Mən kiməm ki, haqq danam
Görüş umdum Haqqdan ,an!
Bir elçiyəm - Haqdanam -
Özümdən özüm sənə!

Ömür bitər bir an ki,
Sənlə keçir hər an ki!
Sına səbri, inan ki, -
Bitməz heç sözüm sənə!..

Dünyaca günahları
Yıx, boynuma ahları...
Açılan sabahları -
Qoy baxsın gözüm sənə...

Söykəndiyim dizin ver
Cığırın ver, izin ver...
Sən dözmürsən, izin ver -
Ölüncə dözüm sənə...

Ömür an yonqarıdı
Ərimiş yaz qarıdı...
Xatirə tonqalıdı -
Külüm, həm közüm sənə!