adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
07 Oktyabr 2019 11:32
6550
HADİSƏ
A- A+

Bakıda itkin düşən ana və azyaşlı qızı tapıldı

Bakıda itkin düşən ana və azyaşlı övladı tapılıb.

Adalet.az-ın məlumatına görə, Nizami rayonu, rayonun N.Abdullayev küçəsi, ev 14-də yaşayan Həsənov Radil Qənbər oğlu Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə müraciət edərək bildirib ki, onunla birlikdə yaşayan həyat yoldaşı, 1992-ci il təvəllüdlü Həsənova Məleykə Adil qızı və azyaşlı qızı Həsənova Gülay Radil qızı oktyabrın 5-də yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıblar.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Həsənova və azyaşlı qızı tapılaraq ailəsinə təhvil verilib.