adalet.az header logo
  • Bakı 13°C
05 Oktyabr 2019 16:42
23530
SİYASƏT
A- A+

Qalina Niyazova: Azərbaycan və Rusiya təhsil və humanitar sahələrdə sıx əməkdaşlıq edirlər

Azərbaycan və Rusiya təhsil və humanitar sahələrdə sıx əməkdaşlıq edirlər. Bunu Trend-ə rusiyalı ekspert, siyasi elmlər namizədi Qalina Niyazova deyib.

Onun sözlərinə görə, Azərbaycan postsovet məkanında rus dilinin tədrisinə daha çox diqqət ayıran ölkədir: "Azərbaycanda rus dilinin tədrisi ilə bağlı statistika da bu fikri təsdiq edir. Azərbaycanda 300-dən artıq orta məktəbdə rus dili öyrədilir, eləcə də ali təhsil müəssisələrində rus dilində təhsil mövcuddur. Bu, çox yüksək göstəricidir və Rusiyada çox müsbət qarşılanır. Qeyd etməliyəm ki, ildən-ilə Rusiyanin ali təhsil müəssisələrində oxuyan azərbaycanlı tələbələrin sayı artır”.

Q.Niyazova daha sonra əlavə edib ki, "Əsrin müqaviləsi” sayəsində Azərbaycan zəngin təbii ehtiyatları, keçmiş ittifaq respublikaları arasında daha çox inkişaf edib: "Danılmaz faktdır ki, bu gün Azərbaycanın işrtirakı olmadan regionda nə enerji, nə nəqliyyat, ümumiyyətlə heç bir layihənin icrası mümkün deyil”.

Ekspertin sözlərinə görə, Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlər artıq uzun onilliklərdir ki, dinamik inkişaf edir. Bu, həm dövlətlər, həm də xalqlar səviyyəsindədir.

Q.Niyazova qeyd edib: "Xoş qonşuluq münasibətləri sayəsində bu gün ticarət, mədəniyyət, humanitar, hərbi-texniki, bir çox digər sahələrdə gözəl əməkdaşlıq nümunələri var. Düşünürəm ki, ölkələrimizin bu mövcud potensialı gələcəkdə daha da artacaq ki, bu da regionunun inkişafına istiqamətlənmiş birgə layihələrin həyata keçirilməsinə müsbət təsirini göstərəcək.

Ekspertin fikrincə, Azərbaycan və Rusiya arasında dostluq dialoqunun möhkəmlənməsi uzun illər ikitərəfli səviyyədə keçirilən ciddi diplomatik işin nəticəsidir.