adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
05 Oktyabr 2019 11:56
54403
MƏDƏNİYYƏT
A- A+

Xalq artisti Ofelya Sənani xəstəxanaya yerləşdirilib

Azərbaycanın Xalq artisti, tanınmış televiziya diktoru Ofeliya Sənani xəstəxanaya yerləşdirilib.

Yaxınlarının Trend-ə dediyinə görə, ürək ağrıları ötən gecədən kəskinləşən diktor bu gün səhər saat 11 radələrində təcili yardımla xəstəxanaya çatdırılıb.

1 saylı Kliniki Tibbi Mərkəzdən Trend-ə bildirilib ki, vəziyyəti ağır stabil olan O.Sənani infarkt keçirib və ona kəskin koronar sindromu diaqnozu qoyulub.

Xalq artisti hazırda reanimasiya şöbəsində həkim nəzarətindədir.

78 yaşlı Xalq artisti 1959-1975-illərdə radioda işləyib, bir sıra radio tamaşalarında baş rollarda çıxış edib. 1975-ci ildən bu yaxınlaradək Azərbaycan Dövlət Televiziyasında diktor işləyib. 1960-1990-cı illərdə eyni zamanda "Azərbaycanfilm" kinostudiyasının dublyaj şöbəsində işləyib, 100-dən artıq filmin baş qəhrəmanını səsləndirib. Ofelya Sənani həmçinin bir sıra kinofilmdə çəkilib. Ötən il teleaparıcı mikroinfarkt keçirib.