Mehriban Əliyeva müəllimləri təbrik edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar "Instagram” səhifəsində Azərbaycan müəllimlərini təbrik edib.
Adalet.az xəbər verir ki, təbrikdə deyilir:
"Əziz müəllimlərimiz, sizi Beynəlxalq Müəllimlər Günü münasibətilə ürəkdən təbrik edirəm. Müəllimlik olduqca hörmətli peşədir. Gənc nəslin yetişməsi məhz sizdən, sizin yüksək peşəkarlığınızdan asılıdır. Əlbəttə, hər kəs öz məktəb və tələbəlik illərini, gözəl müəllimlərini xüsusi minnətdarlıq hissi ilə xatırlayır. Sizin müdrikliyinizin və səbrinizin layiqli qiymətini yalnız illər keçdikcə vermək mümkündür.
Uşaqlara və gənclərə göstərdiyiniz sevgiyə və məsuliyyətli işinizə görə sizə təşəkkür edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və uğurlar arzulayıram”.
Digər Xəbərlər
23 Aprel 2024 18:53
Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək
23 Aprel 2024 16:57Avtomatı gözübağlı söküb-yığan məktəbli təltif edilib
23 Aprel 2024 16:28Azərbaycan Prezidenti: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
22 Aprel 2024 12:26Magistr olmaq istəyənlərin NƏZƏRİNƏ!
19 Aprel 2024 17:35