MÜƏLLİM YARATDIĞINI SEV - Kəmalə Abıyeva yazır

KAMALƏ ABİYEVA
98483 | 2019-10-05 10:57

"Bədbəxt”, ”Xoşbəxt” cəmiyyət, "mən bu cəmiyyətdəxoşbəxt ola bilmirəm” kimi ifadələri çox işlədir və çox eşidirik. Xoşbəxt cəmyyətnədir? Təbii hamımız "xoşbəxt olduğum cəmiyyət” deyə düşünəcəyik. Bəs bu cəmiyyətnecə olur və ya olmalıdır? Dövlət qanunlarına hörmət edən, qoruyan, azad, ədalətli,rüşvətsiz yaşayan, sülhsevər, sevgi dolu, bərabərhüquqlu və s. və ilaxır kimiinsanların birliyi – gözəl Vətəndaş cəmiyyəti təsəvvür edin. Nə gözəl! İnsanlarxoşbəxtdirsə, cəmiyyət xoşbəxtdir. Əslində cəmiyyət xoşbəxtlik yaratmır,insanlar xoşbəxt cəmiyyət yaradır: Xoşbəxt birliklə vəhdətdə olmaq, iş birliyiyapmaq, ona arxalanmaq olar. Belə cəmiyyətindövləti daha güclü olur. Hər insan birliyi cəmiyyət ola bilmir nə yazıq ki... Vətəndaşcəmiyyəti, ya cəmiyyət haqda ilkin fikirlərə Platonun, Aristotelin, Siseronun vəbaşqa qədim yunan-roma filosoflarının əsərlərində rast gəlsək də, bu günümüzə qədərbütün filosofların, mütəfəkkirlərinfikirlərindən ümumi bir nəticə alınır: cəmiyyətsiz dövlət, dövlətsiz cəmiyyətolmur. Dövlət və cəmiyyət bir – birini tamamlamalıdır. Əslində dövlət cəmiyyətüçündür. Cəmiyyətdəki problemlər dövlət və cəmiyyət arasında uçurum yaradır. Deməli,cəmiyyətdəki problemlərin yaranmasında birbaşa rolu olan müəllim birbaşa dövlətinəxəyanət edir.

Sovet dövründə böyümüşəm və mən tək deyiləm. Böyükbir nəsil var. Gizli bir tərəfi də yox bunun. Bu mənim həyatımdı - illərimdi.Müəllim ailəsi idik. Çətinliyimiz vardı. Yəni onda da katib, mağaza müdiri, yakolxoz sədri kimi dolanmırdı müəllim. Ancaq heç vaxt maaş azlığı gündəmdə olmurdu. Çünki müəllim maaşına görəyox, daha çox cəmiyyətdəki yerinə, cəmiyyətin münasibətinə, düşüncəsinə görəhörmətli idi. Fəxrlə "müəlliməm” deyirdi. "Müəllim” sözü hörmət doğururdu. Mən dəmüəllim ailəsindən olmağımdan qürur duyurdum. Nümunəvi, əlaçı şagird olsam da,müəllim ailəsindən olmağım 5 + 1 nüfuzu verirdi. Müəllim kasıb, çəkinmədən hərcür tənqid obyekti (hətta təhqir), hüquqsuz kimi tanınmırdı. İndi vəziyyətbaşqadır. "Kasıblar” sırasına müəllimlər də aiddir. Yəni mən bu kasıb sözünüfağır, yazıq, kimi işlədirəm. İndi "güclülər” imkanlı ailələr və onlarınövladlarıdır. Mağaza və ya restoran işlədən birinə müəllim nə deyə bilər? Heç nə.Hətta qarşı tərəf çox mədəni, anlayışlı olsa belə, müəllim elə bilir ki, onasöz demək olmaz. Çünki müəllim çalışıb – vuruşub hörmətdən düşüb. Çünki 21 - ciəsrin ikinci onilinin son ilini yaşamağa hazırlaşsaq da, hələ təhsil müəssisələrində,yəni elm, mənəviyyat ocaqlarında rüşvətlə mübarizə aparırıq. Müəllimin bu günkühörmətsiz durumunun əsas səbəblərindən birincisi "rüşvət” sözünün adıyla yanaşıçəkilməsidir. Belə cəmiyyətin problemləri olacaq və hamı onlarla üz – üzəqalacaq. Başqa necə ola bilər? Ola bilərmi?

Əlbəttə yox! Təəssüf ki, müəllim vətəndaşı - cəmiyyətudüşünmür. Yəni gördüyü işin məsuliyyətini aydınlaşdıra bilmir. Bacarmır? Çoxubacarmır. Bilirəm ki, "Müəllim günü”dür. Bilirəm ki, müəllimlərin "pul yığması”və ya "pul yığılması” mövzusu gündəmdədir artıq. Həmişə müəllimləri müdafiə edənyazılar yazardım. İndi istəmədim. Çünki "filan qədər pul yığın” deyən müəllimlərvar. Və yazını onlara ünvanlayıram. Təkrar olsa da, cəmiyyəti yaradan insandır.İnsanı yaradan isə ilk növbədə müəllimdir. Cəmiyyətin, dövlətin ən böyükgücüdür əslində. Bəs niyə belə "sayılmaz” haldadır? Müəllimi bağbana da,loğmana da, rəssama, şairə də mən özüm bənzətmişəm. Amma necə bağban? Qanqalyetişdirənmi? Ya necə loğman? Xəstə ayağın yerinə sağlam ayağı kəsənmi? Heçbilirsiz, hər il nə qədər qanqal, sağlam ayağı kəsən yetişdiririk? Bilmirsiz. Bunuanlamaq üçün evinizdəki, ətrafınızdakı ailələrə, uşaqlara diqqət edin. Əksərininməqsədi yoxdu. Harda oxuyacaqlarını dəqiq bilmirlər; çoxu universitetlərə ”harasakeçərəm” prinsipi ilə hazırlaşır. Müəllimolmaq məqsədi, arzusu olmayan biri necə müəllim olar? Təbiiki məqsədsiz şagirdləryetişdirər. Halbuki sürücü olmaq da, həkim olmaq da arzu olmalıdır. Arzuları, məqsədləriolan şagirdlərimiz də var. Onlar şagird kimi də seçilir və ümidimiz onlaradır.Belə şagirdlərə rüşvət havası yaşatmaq ən böyük günah, ən bağışlanmaz səhv, ənçəkilməz ağrıdır. Buna səbəb olan müəllimin heç nədən şikayətlənmək haqqı yoxdur.Mən müəllimi təbrik etməyin əlehinə deyiləm. Əksinə, istərdim ki, imkanı çərçivəsindəşagirdlər müəllimlərini təbrik etsin (Kaş hamının imkanı olaydı ilk növbədə). Məndə bayramlarda müəllimlərimi təbrik etmək istəyirdim. Hətta arada mənə verilən20 - 30 qəpiyi aylarla yığıb hədiyyə aldığım müəllimlərim də olub. Müəllimi müəllimbayramında kim təbrik etməlidir ki? Amma məcburən, qorxudan deyil, sevgiylə,sevdikləri üçün, arzuladıqları üçün. "Bu müəllimə 5 manat, o birinə 20, digərinə50 manat pul yığılır”- fikri ortalarda dolaşmadan. Rüşvətin nəfəsini duyanşagird rüşvətsiz cəmiyyət qura bilməz. Onun cəmiyyəti müəllimə hörmət etməz.

Burda birəsas məsələni də nəzərdən qaçırmaq olmaz. Müəllimin bu günkü halı məktəb –şagird – valideyn üçlüyündə tarazlığın pozulduğundan laqeydləşməsidir. Yəni müəlliminhəmişə haqsız təqdim edilməsidir. Elə vəziyyət yaranıb ki, şagird , ya onunvalideyni həmişə haqlıdır. Müəllimin özünümüdafiə haqqı da əlindən alınıb.Valideyn övladını məktəbə niyə göndərdiyi haqda deyil, müəllimin nə dediyihaqda düşünür. Ən intizamsızın özü də, valideyni də adamla polis kimi danışır:"səni cəzalandıraram” yəni. Heç kəs öz vəzifəsi haqda düşünmür. Bu ağrı başqabir yazının mövzusu olaraq qalsın.

Böyük öndərimiz Heydər Əliyev deyib: Təhsil hər birdövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. CəmiyyətTƏHSİLSİZ İNKİŞAF EDƏ BİLMƏZ”. "Niyə inkişaf edə bilməz? Bunu düşünək. Düşünəkki, bayram etməyə haqqımız olsun. 5 oktyabr – müəllim günüdür. Bəlkə də bu günüçün yazı bir az sərt oldu. Amma faktlarla üzləşəndə çarəsiz qalırsan. Çarəsizliyimisizinlə bölüşdüm. Bəs nə arzulayım həmkarlarıma? Ədalətli cəmiyyət istəyirsənsə,ədalətli ol. Yaratdığını sev. Yaratdığın O – cəmiyyət də səni sevsin. Vəsevgiylə desin: Bayramın mübarək!” Cəhd edək. Bəlkə alındı?

Əlavə: Təhsildəyeniliklər yaxşıdı. Amma məktəb təcrübə sahəsi deyil, Məsələn, bizdə bananbitmir. Güclə banan əkmək olmaz. Elə zəfəran kimi qiymətlibitki becərək. İndi məktəbdirektorlarının yerini dəyişirlər. Yenilikdi. Niyəsini biz anlamırıq. Əgər başqa məktəbdə vəziyyəti düzəltmək üçün yerdəyişməedirsizsə, pis direktoru işdən azad edin.Yerini niyə dəyişirsiz? Bu tədrisilində bizim yaxşı direktoru keçiriblər başqa məktəbə. Adam 5 il idi işləyirdi.Cavan, savadlı kadrdı. Bizim üçün təzə idi, "köhnə”lməsinə vaxt çatmadı. Yenicədoğmalaşırdıq ki, apardılar. Yasamalrayonu 31 nömrəli məktəbdən danışıram. Məktəb elə yer deyil ki, ciddi səbəbolmadan direktoru dəyişəsən. Yəni şikayət – filan yoxdu. Bir qəpik beləyığılmasına imkan vermirdi. Məktəb ayrı bir mühitdi, ərazisi, əhalisi var. Yüzlərləşagirdi, minlərlə valideyni var. Bu ərazini, bu mühiti öyrənmək, araşdırmaq,uyğunlaşmaq elə asan deyil. Yeni direktor Akif Əliyevdən narazı deyilik. Çox mədəniinsandır. Pedaqoji təcrübəsi, savadı öz yerində. Amma onun işlədiyi Nəsimirayonu 19 nömrəli məktəbin kollektivi də bu yerdəyişməni anlamır. Bizdənşagirdlərin hüququnu qorumaq tələb olunur. Bir sözə görə müəllim işdənçıxarılır. Bəs bir məktəb kollektivinin hüququ yoxmu? Ümumiyyətlə, direktorlarındəyişməsi müsbət nəticə vermir. Mən Təhsil Nazirliyinin işinə qarışmıram.Haqqım da yox. İllərin təcrübəsi danışır. Hörmətli yazıçımız Aqil Abbasınyazılarından birində "əvvəllər məktəblər direktorların adı ilə tanınardı” kimimaraqlı və özünü doğruldan fikir oxumuşdum. Əlbəttə, söhbət əsildən gedir, məktəbihörmətli edən Şəxsiyyətdən gedir. Sadəcəo Şəxsiyyətləri tapmaq lazımdır. Şəxsiyyət olmaq, onları tapmaq, dəyər verməkarzusu ilə



TƏQVİM / ARXİV