adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
05 Oktyabr 2019 11:36
10379
HADİSƏ
A- A+

Bakıda əlil arabası ilə yoxa çıxan gənc tapıldı - YENİLƏNİB

Bakıda əlil arabası ilə itkin düşən şəxs tapılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, əlil arabası ilə birlikdə yoxa çıxan Ağdam sakini Muradov Mahir Çərkəz oğlu tapılıb.

Bildirilib ki, Alı Mustafayev küçəsi 10 ünvanında itkin düşən şəxs Bakı şəhər 20-ci Polis bölməsinin əməkdaşları tərəfindən tapılıb vəailəsinə təhvil verilib.

10:44

Ağdam sakini Bakıda itkin düşüb.

Paytaxtın Nəsimi rayonunda Muradov Mahir Çərkəz oğlu əlil arabası ilə birlikdə yoxa çıxıb.

Polisə müraciət edən Məmmədov Kəramət Bəyzadə oğlu dayısıM.Muradovu Alı Mustafayev küçəsi 10 ünvanının yan tərəfində əlil arabasında saxlayaraq ondan ayrılıb. Təxminən 20-25 dəqiqə sonra həmin yerə qayıdan K.Məmmədov M.Muradovu orada görməyib.

Fakt araşdırılır.(oxu.az)