adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
04 Oktyabr 2019 16:12
7911
HADİSƏ
A- A+

Azərbaycana qanunsuz daxil olmaq istəyən Əlcəzair vətəndaşları saxlanılıb

Dövlət Sərhəd Xidməti (DSX) tərə­­findən dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi və qeyri-leqal miq­rasiya qarşı mübarizə sahəsində əməliyyat-axtarış və sərhəd müha­fizə tədbirləri davam etdirilir.

DSX-dən verilən məlumata görə, xidmət əməkdaşlarının sayıq­lığı və pe­­­­şəkarlığı nəticəsində 2 nə­fər Əlcəzair vətəndaşı tərəfindən dövlət sərhədinin pozulmasının qar­şısı alın­ıb.

Bu gün DSX-nin Sərhəd Qoşunlarının "Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində Qax rayonunun Lələli kəndinin ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən Əlcəzair vətəndaşları 1995-ci il təvəllüdlü Bouremad İshak və 1991-ci il təvəllüdlü Boulekroune Farouq sərhəd pozucusu qismində saxlanılıblar.

Saxlanılan şəxslərin 25 sentyabr 2019-cu il tarixdə rəsmi qay­dada Türkiyə Respublikasından İstanbul-Bakı reysi ilə Azərbay­can Respubli­kasına gəlmələri müəyyən olunmuşdur. Araşdırma zamanı Əlcəzair vətəndaş­ları dövlət sərhədini pozaraq Gürcüstana, oradan isə Türkiyəyə və Avropa ölkələrinə keçmək niyyətində olduqlarını bildiriblər.

Fakt üzrə əmə­liy­yat-istintaq tədbirləri davam etdirilir.