Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | "Qarabağ Azərbaycanın torpağıdır" - "Marca" təxribatdan yazdı Adalet.az | "Qarabağ Azərbaycanın torpağıdır" - "Marca" təxribatdan yazdı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İDMAN

"Qarabağ Azərbaycanın torpağıdır" - "Marca" təxribatdan yazdı

8465    |   2019-10-04 15:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İspaniyanın "Marca” nəşri Avropa Liqasının qrup mərhələsinin ikinci turunda keçirilən "Düdelanj” – "Qarabağ” matçında baş verən təxribat barədə məqalə dərc edib.

Qol.az xəbər verir ki, "Marca” oyunun 31-ci dəqiqəsində meydana daxil olan drona və onun üzərində olan qondarma "Dağlıq Qarabağ” bayrağına belə şərh verib:

"Siyasət yenidən idman oyunlarında göründü. Və yenidən siyasi səbəblərlə matç dayandırıldı. "Qarabağ”ın "Düdelanj”a vurduğu ikinci qoldan sonra Lüksemburqun "Jozi Bartel” stadionunun üzərindən uçan drona və bayrağa görə hakim oyunu dayandırmağa məcbur oldu. Azərbaycan komandası topla drona zərbə vuraraq onu yerə endirməyə cəhd göstərdi. Dağlıq Qarabağ əslən Azərbaycanın torpağıdır, amma 30 ildən çoxdur ki, Ermənistan qoşunları tərəfindən hərbi yolla işğal olunub”.

Qəzet həmçinin "Qarabağ”ın oyunçularının baş verən hadisəyə verdikləri reaksiyadan da yazıb: "Sözügedən hadisədən sonra Ağdam təmsilçisi oynamaqdan imtina etdi. Çünki bu komanda Ağdam şəhərini təmsil edir və hazırda yuxarında göstərilən münaqişə səbəbindən yalnız Ermənistan tərəfindən tanınan bir respublikanın əlində qalıb. Təxribat səbəbindən görüş 15 dəqiqədən (əslində 20 dəqiqədən çox) sonra qaldığı yerdən davam etdi. "Qarabağ”ın kapitanı Rəşad Sadıqov dron meydanı tərk etdikdən sonra azərbaycanlı azarkeşlərə yaxınlaşaraq onlarla danışdı və sakit olmağa səslədi”.


İmza:
SON XƏBƏRLƏR
2019-10-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (85.71%)
Pullsuz (14.29%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK