adalet.az header logo
  • Bakı 16°C
04 Oktyabr 2019 14:51
22271
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: KÖHNƏ DƏFTƏRDƏKİ ŞEİR

Düşündüm
qərar verdim:
- deməliyəm!
Yəni,
qəribə olan
bir gerçəyi
etiraf etməliyəm...

Mən
yana - yana
külə,
sən
dona - dona
buza çevrilirsən...

Mən
heç nə ilə
yadda qalmayan
günə,
sən isə
ən uzaq
ulduza çevrilirsən...

Deməli
bütün bunların sonunun
nə olacağını
sən
lap başdan,
lap əvvəldən
bilirsən!

Amma...
sadəcə
sözlə yox,
hərəkətlərinlə -
HƏYATIMDAN GETMƏLİSƏN! -
deyirsən...