adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
04 Oktyabr 2019 12:51
46631
İDMAN
A- A+

“Təxribatla heç bir əlaqəmiz yoxdur” - “Düdelanj” üzr istədi

"Düdelanj” klubu Avropa Liqasının qrup mərhələsinin ikinci turunda "Qarabağ”la oyunda baş vermiş təxribata görə üzr istəyib.

Bu barədə klubun rəsmi "Tvitter" hesabında məlumat paylaşılıb.

"Azərbaycanlı qonaqlardan üzr istəyirik. Bizim bu təxribatla heç bir əlaqəmiz yoxdur. Araşdıracağıq”.

Qeyd edək ki, "Düdelanj” - "Qarabağ” matçının 31-ci dəqiqəsində dron vasitəsilə stadionun üzərinə Qarabağ separatçılarının qondarma "bayrağı" gətirilib. Futbolçularımız buna qəti etirazlarını bildiriblər. Meydanda gərgin anlar yaşanıb. Qarşılaşmanın baş hakimi bu səbəbdən oyunu dayandırıb. Görüş 30 dəqiqəlik fasilədən sonra bərpa edilib.