adalet.az header logo
  • Bakı 19°C
04 Oktyabr 2019 12:43
50694
MARAQLI
A- A+

Gerçəkləri söyləyənlərin acı aqibəti

Üç kişi gilyotin vasitəsi ilə edama məhküm edilib.
Bunlardan biri keşiş, biri hakim, digəri fizika alimidir...
Edam meydanına birinci keşişi çıxarırlar. Məhkumun başını giyotininin baltasının altına yerləşdirəndən sonra cəllad rahibə "son sözün varmı?" soranda o da, o deyir:
– Mən Allaha inanıram. O məni mütləq qurtaracaq! Allah... Allah... Allah...
Cəllad giyotini endirir. Amma möcüzə baş verir. Məhkumun boynuna 2-3 santimetr qalmış gilyotin dayanar. Edamı izləyən gördüyündən vəcdə gəlir və bir ağızdan bağırmağa başlayır.
– Onu azad edin! Allah sözünü söylədi, Allah onu bağışladı!
Beləcə keşiş edamdan qurtulur.
Daha sonra hakimi edam masasına gətirirlər. Cəllad ona da "deyiləsi son sözün varmı?" soruşanda hakim;
– Mən keşiş qədər Allaha inanan biri olmasam da, haqqa, ədalətə güvənirəm! Ədalət! Ədalət! Ədalət! deyir...
Cəllad yenə gilyotini endirir amma təkrarən möcüzə yaşanır: Hakimin də boynuna bir neçə millimetr qalmış gilyotin dayanır...
Meydanda edamıı izləyən toplu yenədən bağırmağa başlayır:
-Haqq-ədalət öz yerini tapdı. O günahsızdır, onu sərbəst buraxın!
Beləcə hakim də ölümün cəngindən canını qurtarır.
Nəhayət sıra fizika aliminə gəlir.
Cəllad :
– Sən də son son sözünü söylə! deyəndə.
Alim:
– Mən nə Allaha inanan keşiş, nə də ədalətə güvənən hakiməm. Mən Fizikəm. Bildiyim tək şey budur ki, o gilyotinin ipində bir düyün var. O düyün də baltanın sonadək enməsinə əngəl olur...
Məmurlar edam alətini yoxlayıb alimin dediyinin gerçək olduğunu görür. İpdəki düyünü açırlar və dəzgah işə salınan kimi fizika aliminin başı bədənindən ayrılır.
Nəticə: Toplumdaki "düyünləri" və problemləri görüb gerçəkləri söyləyə bilənin acı aqibəti belədir! Yəni, gerçəyi söyləməyə hazırsansa, bunun hesabını verməyə də hazır olmalısan!

Mənbə: İlkel İnsanlar