adalet.az header logo
  • Bakı 19°C
04 Oktyabr 2019 12:25
10435
MƏMLƏKƏT
A- A+

Etibar Əliyev: Kənddə çalışan müəllimlərə qayğı artmalıdır

Böyük ispan şairi Antonio Maçado "Təhsil haqqında" essesində yazır: " Ən yaxşı müəllimlər kənd məktəblərinə göndərilməlidir". Artıq bir neçə ildir ki, ölkəmizdə müəllimlər imtahanla işə qəbul olunurlar. Bizə elə gəlirdi ki, imtahanlarda ən yüksək nəticə göstərənlər şəhər məktəblərinə can atırlar. Dünən Təhsil nazirliyinin təşkilatçılığı ilə Quba rayonunun məktəblərinə təşkil olunmuş mediaturda Nazirliyin yanında İçtima Şuranın üzvləri kimi mən və İlqar Orucov da iştirak etdik. Tamamilə başqa mənzərənin şahidi olduq. Şəhərdən 30 kilometr kənarda yerləşən Nürəddin Rzayev adına məktəbdə 52 bal toplamış Tarix müəlliminin, 48 bal toplamış İnformatika müəlliminin, Bakı Dövlət Universitetinin Riyaziyyat müəllimliyi üzrə magistraturasını, həmim Universitetin "Sabah" qrupunun məzunu, fizikadan yüksək nəticə göstərmiş iki xanım müəllimin dərslərini izlədik. Qəçrəş kənd məktəbində ingilis dili və Azərbaycan dili fənlərindən 50 dən yuxarı bal toplamış iki xanım müəllimlə söhbət etdik. Söhbət əsnasında onlar seçimlərindən peşman olmadiqlarını bildirdilər. Ən əsası odur ki, peşələrinə bağlı olan bu müəllimlərin qısa zaman kəsiyində zəhmətlərinin bəhrəsi görünür. Uşaqların dərslərə həvəsindən məmnun qaldıq. Onlar sanki belə müəllimlərin həsrətində imişlər. Müəllimlərin kənddə qalıb davamlı olaraq çalışmalarına stimul verən əsas amillərdən biri kənd camaatının onlara göstərdiyi qayğıdır.

Dövlətin isə kənd məktəblərini seçən müəllimlərə qayğısı artmalıdır.