adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Artistlik edib camaatın etirazının ciddiliyini itirməyin

20959 | 2019-10-05 10:09

Qazilərin etirazına baxıram. Yolu bağlayıblar. Onlara dəstəkolmaq üçün xeyli adam da gəlib. Polislər də var. Birinin üzü qan içində, o birikantuziyalıdı, başına döyür, qışqırır, o biri nəsil-kök qoymayıb söyür. Oradakıqazilərin həqiqi olub-olmadığını qoyuram bir qırağa. Bir realçı"jurnalist" danışır ki, bunu şil-küt ediblər, gözünün də biri birazca əzilib. Danışır və kadr dəyişir. Bayaq dil-dil ötən bizim bu jurnalistözünü yıxıb yerə, ağzı üstə uzanıb, arabir yalandan ağzını tərpədir, gözünü əsdirir.Diqqətimdən yayınmadı, qazilər də, elə adamlar da bu "jurnalist”ə kömək etmirlər.Hamı haqqını tələb etməyin, dərdini dilə gətirməyin hayındadı. Deyəsən, o"jurnalist”in artistlik etdiyinin fərqində idilər. Həqiqətən, bu artistlik kiməlazımdır? Hə? Əyninə geyindiyi köynəyin üstündə də İlqar Məmmədovun şəkli var.Deyəsən, bizim bu "jurnalist” İlqar Məmmədovu reklam üçün sərilmişdi yerə.


Sözümüncanı var. Burdan müxalifətçilərə və onların jurnalistlərinə səslənirəm. Bu cür etirazlara bir insan kimi də, jurnalistkimi də gəlmək azadlığınız var. Amma xahiş edirəm, gəlin, çəkin, suallarınızıverin, gedin. Daha belə artistliklər edib camaatın etirazının ciddiliyini itirməyin.Ki, sizə görə onların üstündən xətt çəkməsinlər.


TƏQVİM / ARXİV