adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
04 Oktyabr 2019 11:59
10452
HADİSƏ
A- A+

Bakıda 35 milyonluq narkotik məhv edilib

Məhkəmələrin qərarları ilə müsadirə olunmuş bir tondan çox müxtəlif narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları Binəqədi rayonundakı Bünyad Sərdarov adına maşınqayırma zavodunun ərazisində məhv edilib.

Ümumilikdə 579 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı çıxarılan 1 ton 61 kiloqramdan çox müxtəlif növ narkotik vasitə və psixotrop maddə - 515 kiloqram 979 qram marixuana, 144 kiloqram 965 qram heroin, 328 kiloqram 848 qram tiryək, 62 kiloqram 726 qram həşiş qətranı, 2 kiloqram 79 qram kokain, 11 kiloqram 755 qram – 71 min 773 ədəd psixotrop maddə, o cümlədən 4599 çətənə bitkisi yandırılaraq məhv edilib.

Müsadirə olunan narkotik vasitələrin və psixotrop maddələrin qara bazarda ümumi dəyəri 35 milyon manat təşkil edir.

Qeyd edək ki, narkotiklərin məhv olunması prosesində Azərbaycan Respublikası Baş Nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov, Komissiyanın, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin əməkdaşları və KİV nümayəndələri iştirak ediblər.(azvision.az)