İlham Əliyev: “Qarabağ Azərbaycandır və nida işarəsi”
Xəbər verdiyimiz kimi, oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sessiyada iştirak edib.
Rusiya Prezidenti Vladimir Putin, İordaniya Kralı II Abdulla sessiyada çıxış edərək gündəlikdə duran məsələlərin Asiyaya aid olduğunu deyiblər. Sonra Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib.
Dövlətimizin başçısı plenar sessiyaya dəvətə görə Rusiya Prezidentinə minnətdarlığını bildirib, Rusiya-Azərbaycan münasibətlərinin inkişafına nəzər salıb.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident İlham Əliyev Ermənistanın işğalının nəticələrinə diqqət yetirib, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur yerinə yetirilmədiyini vurğulayıb.
Prezident İlham Əliyev Ermənistanın baş nazirinin "Qarabağ Ermənistanın hissəsidir və nöqtə” bəyanatının yalan olduğunu vurğulayaraq deyib: "Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.
Sonra Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Filipin Prezidenti Rodriqo Roa Duterte çıxış ediblər.
Daha sonra Prezident İlham Əliyev və tədbir iştirakçıları sualları cavablandıblar.
Digər Xəbərlər
23 Aprel 2024 20:33
Bakı və İrəvan vasitəçi olmadan danışırlar - Şarp
23 Aprel 2024 19:46Regiondakı hazırkı vəziyyəti çox müsbət qiymətləndirirəm - Metyu Brayza
23 Aprel 2024 19:29"Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar" - Prezident
23 Aprel 2024 18:43İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqladı
23 Aprel 2024 18:23