Aqil Abbas: “Stadiona dronla nənələrinin tumanını gətirmişdilər”
Avropa Liqasının qrup mərhələsinin II turunda Lüksemburqda keçirilən "Düdelanj” və "Qarabağ” qarşılamasında baş verən erməni təxribatı birinci deyil, dəfələrlə belə hadisələr olub.
Adalet.az xəbər verir ki, bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı, Ağdam klubunun azarkeşi Aqil Abbas deyib. Millət vəkilini sözlərinə görə, ermənilər belə təxribatlarla komandanı ruhdan salmağa çalışırlar.
"İnsanların əsəbləri ilə oynayırlar. Bu dəfə ermənilər dronla stadiona girib, nənələrinin tumanını, əski parçasını endiriblər. Ora bomba da endirə bilərdilər, böyük faciə olardı. Görünür, orada təhlükəsizlik xidməti yaxşı işləmir. Bu hadisənin nəticəsində ermənilər də cavablarını alacaqlar".
A.Abbas qeyd edib ki, bu məsələ mütləq araşdırılacaq, Luksemburq klubu və əski parçasını stadiona gətirənlər cəzalandırılacaq.
"AFFA da məsələ ilə bağlı rəsmi etirazın bildirməlidir. Oyun ərəfəsində rəhbərlik etirazını bildirdi, onlar da üzr istədilər”.
Qeyd edək ki, "Düdelanj” - "Qarabağ” matçının 31-ci dəqiqəsində dron vasitəsilə stadionun üzərinə Qarabağ separatçılarının qondarma "bayrağı" gətirilib. Futbolçularımız buna qəti etirazlarını bildiriblər. Meydanda gərgin anlar yaşanıb. Qarşılaşmanın baş hakimi bu səbəbdən oyunu dayandırıb. Görüş 30 dəqiqəlik fasilədən sonra bərpa edilib.
Digər Xəbərlər
19 Aprel 2024 18:19
FHN-in qurumları arasında tennis çempionatı yekunlaşdı
19 Aprel 2024 13:35“Onsuz da oyunları azı 3000 adam izləyir”
18 Aprel 2024 18:45“Qalatasaray” İkardinin alternativini Fransada tapıb
18 Aprel 2024 18:00Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb
18 Aprel 2024 12:03