adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
03 Oktyabr 2019 15:11
25847
DÜNYA
A- A+

PKK-ya ağır zərbə: 144 terrorçu zərərsizləşdirilib

Türkiyədə terror təşkilatı YPG/PKK-ya qarşı sentyabr ayında həyata keçirilən əməliyyatlarda 144 terrorçu zərərsizləşdirilib.

Bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Bildirilib ki, PK ilə əlaqəli 115 şübhəli şəxs saxlanılıb. Onlardan 40-ı həbs edilib.

Terror təşkilatına qarşı əməliyyatlarda iştirak edən 7 hərbçi şəhid olub, 4-ü yaralanıb. Terror aktları zamanı 8 mülki şəxs həlak olub, 14 nəfər xəsarət alıb.