Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | "Məni narahat edən "Düdelanj"ın autsayder kimi görünməsidir" - Qurban Qurbanov Adalet.az | "Məni narahat edən "Düdelanj"ın autsayder kimi görünməsidir" - Qurban Qurbanov Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İDMAN

"Məni narahat edən "Düdelanj"ın autsayder kimi görünməsidir" - Qurban Qurbanov

9180    |   2019-10-03 08:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Düdelanj"la səfər oyunu öncəsi mətbuat konfransı keçirib.

Qol.az-ın Lüksemburqa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, o, əvvəlcə rəqib haqda danışıb.

- Yaxşı komandaya qarşı oynayırıq. Son vaxtlar uğurlu çıxış edirlər. Oyuna yaxşı hazırlaşmışıq. Çalışacağıq ki, intizamlı oynayıb istədiyimiz nəticəni qazanaq.

- Rəqibin sizi narahat edən hansı xüsusi özəlliyini qeyd edə bilərsiniz?

- Mən heç vaxt hansısa komandanı autsayder görmürəm. Xüsusən də belə turnirlərdə. Rəqib qrup mərhələsinə yaxşı oyunla yüksəlib. Məni narahat edən odur ki, "Düdelanj"ı autseyder kimi görürlər. İnanıram ki, bu, futbolçulara təsir etməyəcək. Rəqibin yaxşı futbolçuları var. Bu gün Avropada heç bir oyunu proqnozlaşdırmaq olmur.

- Sabahkı heyət optimaldır? "Düdelanj"la görüşdə sizin görmək istədiyiniz "Qarabağ" olacaq?

- Zədəlilər var. Amma bu, o demək deyil ki, onlar oynamadığı üçün optimal heyət olmayacaq.

- Sababkı matç həlledici ola bilər? Xal itkisi "Qarabağ" üçün ciddi uğursuzluq sayılacaq?

- Qətiyyən belə düşünmürəm. Məğlub olsaq, bunu faciə saymayacam. Qarşıda dörd oyunumuz olacaq. Bəzən son görüşdə nəticəni əldə etmişik, bəzən də əldən vermişik. Mənə vacib olan futbolçuların verəcəyim tapşırığı icra etməsidir. Mən sabah qətiyyən pisi düşünmürəm.




İmza:
SON XƏBƏRLƏR
2019-10-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (85.71%)
Pullsuz (14.29%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK