Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | "Qarabağ"ın hədəfi qrupdan çıxmaqdır" - Əmrah Çelikel Adalet.az | "Qarabağ"ın hədəfi qrupdan çıxmaqdır" - Əmrah Çelikel Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İDMAN

"Qarabağ"ın hədəfi qrupdan çıxmaqdır" - Əmrah Çelikel

9088    |   2019-10-03 15:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Qarabağ"ın direktoru Əmrah Çelikel Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda bu gün keçiriləcək "Düdelanj"la oyun öncəsi Qol.az-ın suallarını cavablandırıb. O, komandanın bugünkü oyunundan, Avroliqada qarşısına qoyduğu məqsədlərdən söz açıb.

- Bugünkü oyundan klub rəhbərliyi olaraq, gözləntiniz nədir?

- Hamımızın gözləntisi 3 xal qazanmaqdır və buna görə bura gəlmişik. Qələbə üçün hər kəs əlindən gələni edəcək.

- Klub rəhbərliyinin "Qarabağ”ın hazırkı duruma haqda rəyi necədir? Komanda Premyer Liqada liderdir, amma Avroliqaya məğlubiyyətlə başladı. Ümumi durum sizin üçün qaneedicidirmi?

- Əlbəttə, qaneedicidir və daha yaxşı olması üçün hamımız çalışırıq. Düzdür, Avroliqaya məğlubiyyətlə başladıq. Amma "Sevilya”ya uduzduq. Bu, hamı tərəfindən gözlənilən idi. Bu gün qrupdan çıxmaq üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq.

- Hər il olduğu kimi, bu il də transferlərlə bağlı həm məşqçilərə, həm rəhbərliyə ictimaiyyət tərəfindən tələblər, təzyiqlər çox oldu. İndiyədək keçirilən oyunlardan sonra bu barədə necə düşünürsünüz, transferlərin səviyyəsi ilə bağlı fikriniz necədir? Əlavə transferlər etmək olardımı?

- Bilirsiniz ki, bu məsələlərdə biz çox danışmırıq. Bu, texniki məsələdir. Əgər Qurban müəllimi qane edirsə, əlbəttə, bizi də qane edir. Bizim bütün dəstəyimiz və inamımız onunla bir yerdədir. Çox fərqli fikirlər söyləmək olar. Hər kəsin özünəməxsus düşüncəsi ola bilər, buna da hörmətlə yanaşırıq. Ancaq bizim bu məsələdə rəhbərimiz Qurban müəllimdir və biz ona güvənirik.

- Bu il oyunlara azarkeşlərin gəlməsi ilə bağlı nə düşünürsünüz? Gözlədiyiniz qədər azarkeşlər gəlir, yoxsa azalma var?

- Əgər Premyer Liqadan danışırıqsa, bu, Azərbaycan futbolunda bizim problemli yerimizdir. Yəqin ki, azarkeş sayında artım olacaq. Azarkeşlərin stadiona az gəlməyi haqda həmişə danışılıb, amma "Qarabağ”a həm fan klublarımız, həm də bütün Qarabağı sevənlər dəstək olurlar və biz bunu hiss edirik.

-"Düdelanj"la oyuna azərbaycanlı azarkeşlər tərəfindən müraciət olunubmu?

- Bəli, çoxlu sayda. Xeyli vətəndaşlarımızın, həmvətənlərimizin gələcəyini bilirik. Bizə bu haqda məlumatlar daxil olub. Bugünkü görüşümüzdə bizə deyildi ki, onlara da çoxlu müraciətlər var. Təxminən, 300-500 nəfər arasında azarkeşin stadiondan bizi dəstəkləməyini gözləyirik.

- Son olaraq, klub rəhbərliyi məşqçi heyətinin qarşısında Avroliqa ilə bağlı hansı hədəfi qoyub?

- Bizdə hədəflər öz təbii yoluyla yaranır. Biz demirik ki, bunu edəcəksiniz. Olduğumuz mövqelərin ən yüksək zirvəsinə çatmaq üçün çalışırıq. Bu gün də belədir. Yəni, məqsədimiz qrupdan çıxmaqdır. Bu, bizim təbii hədəfimizdir. Buna nail olmaq üçün də əlimizdən gələni edəcəyik.



İmza:
SON XƏBƏRLƏR
2019-10-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (85.71%)
Pullsuz (14.29%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK