adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
03 Oktyabr 2019 14:30
27257
DÜNYA
A- A+

ELƏ DÜNYA DA BUNU İSTƏYİR Kİ, YÜZ MİLYONLARLA İNSAN ÖLSÜN DƏ

Pakistanla Hindistan arasındakı vəziyyət ABŞ-cadı. Keçmişdə deyirdik vəziyyət uruscadı, indi deyirik ABŞ-cadı, yəni yaxşı deyil, dəhşətli bir müharibəyə səbəb ola bilər. Kəşmir bölgəsinin başçısı Məsud Xan bəyan edib ki, əgər belə bir müharibə başlasa yüz milyonlarla insan öləcək, Cənubi Asiyada 2,5 milyard insan radiasiya şüası alacaq. Ona görə də bütün dünyanı Hindistana təsir göstərməyə çağırıb. Qısası, onlar da bir ATƏT istəyir.

Day fikirləşmir ki, elə dünya da (yəni dünyanın vor zakon dövlətləri) istəyir ki, Asiyada belə bir müharibə başlasın və yüz milyonlarla insan ölsün.