adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
03 Oktyabr 2019 13:27
28140
DÜNYA
A- A+

İraqda etirazlar - 16 ölü, 650 yaralı - YENİLƏNİB

İraqın paytaxtı Bağdadda davam edən etiraz aksiyaları zamanı azı 16 nəfər həlak olub.

Trend-in məlumatına görə, aksiyanı dağıtmaq üçün polis etirazçılara atəş açıb.

Etiraz aksiyaları Bağdad və ətraf şəhərlərdə bir neçə gündür ki, davam edir.

Etirazlar zamanı daha 650 nəfər xəsarət alıb. Aksiyalar digər şəhərlərdə də qeydə alınıb.

Bağdadda komendant saatı elan olunub.

Şəhərdə "Facebook”, "WhatsApp", "Twitter" və digər sosial şəbəkələrə giriş bağlanıb.

Etirazçılar sosial problemlərin həllini tələb edirlər.