adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
03 Oktyabr 2019 11:24
53849
MƏDƏNİYYƏT
A- A+

“CinemaPlus”da “Ulduzlara doğru” filminin nümayişinə başlanılıb - VİDEO

Sentyabrın 26-dan etibarən "CinemaPlus” kinoteatrlar şəbəkəsində "Ulduzlara doğru”filmininnümayişinə başlanılıb.

Braziliya, ABŞ və Çin istehsalı olan "Ulduzlara doğru” filmi fantastik dramdır. Filmin rejissoru Ceyms Qreydir. Baş rollarda Bred Pit, Liv Tayler və Tommi Li Cons oynayıblar. Müddəti 100 dəqiqədir. Yaş həddi "16+”dur.

Film haqqında qısa məlumat:Kosmonavt Roy Makbrayd itmiş atasını və planetimizi gözləyən təhlükənin sirrini çözmək üçün günəş sisteminin dərinliklərinə səyahət edir. Onun səyahəti insanın varlığını və onun kosmosdakı yeri ilə bağlı sirləri ortaya çıxaracaq.


Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından və kinoteatrın saytından əldə edə bilərsiniz:

www.cinemaplus.az

Mobil tətbiqdən: IOS və Android əməliyyat sistemi olan smartfonlar üçün linklər aşağıdakılardır:

IOS link

Android link

Daha ətraflı məlumatı sosial şəbəkələrdəki səhifələrdən və 012 499 89 88 və 119 nömrələrinə zəng edərəkəldə edə bilərsiniz.