adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
03 Oktyabr 2019 10:32
14388
HADİSƏ
A- A+

Bərdədə ağır qəzada ölənlər və yaralananların adları bilindi - YENİLƏNİB

Bərdə rayonunda baş verən ağır qəzada ölən və yaralanan şəxslərin adları məlum olub.

Hadisə yerində ölənlər və yaralananlarAğcabədi rayonu Boyat kənd sakinləridir.

Qəza nəticəsində sürücü - 1979-cu il təvəllüdlü Məmmədov Emin Saday oğlu və 1990-cı il təvəllüdlü Kərimov Elgün Şirin oğlu ölüb.

Yaralanan sərnişinlərdən biri isə 1994-cü il təvəllüdlü Aslanov Şamxal Rövşən oğludur.

08:46

Bərdə rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Rayonun Soğanverdilər kəndi ərazisində baş verən yol qəzasında iki nəfər ölüb, iki nəfər isə ağır xəsarət alıb.

"VAZ-2107” markalı minik avtomobili idarəetməni itirərək iri gövdəli ağaca dəyib.

Hadisə zamanı maşında dörd nəfər olub.Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralılardan ikisi xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.(oxu.az)