adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
04 Oktyabr 2019 10:15
20186
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: ÖZÜMƏ SÜBH TƏRİFİ...

Həmişə olduğu tək
indi də düşünürəm ki,
ətrafımdakıların
hamısının
və yaxud da
lap elə yarsının
ürəyincə ola bilmişəm!

Həmişə olduğu kimi
indi də düşünürəm ki,
ətrafımdakıların
hamısının
və yaxud da
lap elə yarsının
düşüncəsindən
xəyanəti,
riyakarlığı,
xəbisliyi
silmişəm!

Amma...
həmişə olduğu kimi
elə indi də
düşünürəm ki,
ətrafımdakıların
hamısının
daha dəqiq
lap elə yarsının
ürəyində
bir ümid cücərtmişəm!

Hamı da
etiraf edib ki,
dünyaya
sevgi üçün gəlmişəm!